Həbib Nurməhəmmədov idmana qayıtdı

Həbib Nurməhəmmədov idmana qayıtdı Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlığından video paylaşıb.
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər

Paylaşımda Həbib Nurməhəmmədovun amerikalı MMA döyüşçüsü Castin Qetji ilə döyüşə hazırlıq prosesi əks olunub.

"Düşünürəm ki, bu epizoda baxmaq sizə maraqlı olacaq. Hazırlıq vaxtı ən ağır anlardan biri", - deyə o qeyd edib.

Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi oktyabrın 25-də UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu desə də, 1 ay sonra UFC-yə qayıdacağına işarə edib.

Oxşar xəbərlər