Həbib Nurməhəmmədova ağır cəza

Həbib Nurməhəmmədova ağır cəza ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) Həbib Nurməhəmmədovun cəzasını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, yüngül çəkidə çıxış edən dağıstanlı UFC çempionu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra dava saldığına görə 9 ay müddətinə idman yarışlarından kənarlaşdırıb. Həbib həmçinin 500 min dollar məbləğində cərimələnib.

Qeyd edək ki, Həbiblə Konor arasında döyüş ötən ilin 6 oktyabrında baş tutub. Dağıstanlı idmançı 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Döyüşdən sonra zalda dava düşüb. İrland döyüşçünün tərəfdarlarından birinin zaldan Həbibə söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

Oxşar xəbərlər