UFC prezidenti Taysonla Cons arasında keçiriləcək döyüşü lağa qoydu

UFC prezidenti Taysonla Cons arasında keçiriləcək döyüşü lağa qoydu UFC prezidenti Deyna Uayt Mayk Taysonla Roy Cons arasında keçiriləcək döyüşü lağa qoyub.
Oxu.az xəbər verir ki, D.Uayt döyüşün qaydaları və döyüşün nəticəsi ilə bağlı mərc etmək fürsəti olmamasını gülüş obyektinə çevirib:

“Düşünürsünüz ki, Cons qalib gələcək? Nokautla? Nə? Bu döyüşün qaydalarına görə nokaut ola bilməz? Onlar bu qaydanı necə tətbiq etməyi düşünürlər. Mən bilmirdim ki, burada qalib də olmayacaq, nə qəribə döyüşdür”, - deyə UFC rəhbəri bildirib.

Oxşar xəbərlər