
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, qəhrəman əsgərlərimizdən biri bayrağı Şahbulaq qalasının divarlarından birinə sancır, ardınca isə hərbi salam verir.
Qeyd edək ki, Şahbulaq qalası 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib.