"Tikinti bizim üçün sadəcə biznes deyil, həyat və düşüncə tərzidir"

“Gözəl Bakı” MTK 2016-cı ildə təsis edilib. Məqsədimiz son texnologiyaları istifadə etməklə, yüksək keyfiyyətə malik, rahat və təhlükəsiz tikililər yaratmaqdır. Şirkətimizin əsas prinsiplərindən biri daim yeni iş yerlərinin açmasına imkan yaradan fəaliyyət sahələrinin genişləndirməsidi. Yeni layihələrin icrası üçün partnyorluq münasibətlərini yüksək qiymətləndiririk və daim işgüzar əməkdaşlığa hazırıq.

"Tikinti bizim üçün sadəcə biznes deyil, həyat və düşüncə tərzidir". Biz söz vermirik,biz icra edirik!
Müasir təcrübəyə yiyələnmiş şirkətimiz müştəri ehtiyaclarını vaxtında ödəmək üçün dayanmadan çalışmaqdadır. Biz müştərilərimizin ən qısa zamanda evlərinə yerləşmələrini təmin etmək üçün dayanmadan işləyir və bizə olan etimadı doğrultmağa çalışırıq.
Missiyamız - həyata keçirdiyimiz layihələr ilə müştəri məmnuniyyətini ən üst səviyəyə qaldırmaq, onların vaxtına və hüquqlarına hörmətlə yanaşaraq dostluq münasibətləri yaratmaqdır.
Tamamlanmış və davam edən layihələrimiz gördüyümüz yüksək səviyyəli işin bariz nümunəsidir. Şirkət tikinti işləri üçün bütün lazımi lisenziyalara malikdir.

Gözəl Bakı MTK Bakı şəhəri Nəsimi ray., Feyzulla Qasımzadə küç, 1/ 76 ümvanında yeni yaşayış komleksinin inşasına start verir.
10 blokdan ibarət olan yaşayış kompleksinin tikintisinə artıq başlamışdır. İlkin olaraq tikiləcək 1-ci bina 2 blokdan və 15 mətrəbədən ibarət olcaqdır (15ci mətəbə duplux tipli mənzil).

Yaşayış kompleksinin qarşısında istirahət üçün hüsünkar parkın salınması nəzərdə tutulmuşdrur.
Yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər blokda 2 ədəd liftlər ilə təchiz edilməsi nəzərdə tutulmuşdur.
Liftlərdən yeraltı parkinqə birbaşa enmək mümkün olacaqdır.

Bu kompleksin inşasında tanınmış brendlərin məhsullarında istifadə ediilir: Montana şirkətininin betonu və yüksək keyfiyyətli ukrayna armaturlarından istifadə olunur.
Bina tamamlandıqdan sonra bütün mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça)təqdim ediləcəkdir.
Binada 24 saat fasiləsiz mühafizə xidməti və kamera nəzarət sistemləri olan yaşayış kompleksində sakinlərin qayğısızlığı üçün komendant xidməti ilə təmin ediləcəkdir.
Bina sakinlərini dayanacaq axtarma qayğısından azad edən yeraltı və yer üstü avtodayanacaqdan ibarət olacaqdır.

Oxşar xəbərlər