Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO

Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO Kanadanın “Cirque du Soleil” sirk şousunda çıxış edən tanınmış azərbaycanlı sirk ustası Üzeyir Novruzov “Facebook” səhifəsində anası ilə çəkdirdiyi təsirli şəkil yerləşdirib.
O qeyd edib ki, anasına və Vətəninə görə narahatdır: “Azərbaycanda müharibə gedir və mənim anam orada yaşayır. Mən onun üçün dua edirəm”, - sirk ustası statusunda yazıb.

Qeyd edək ki, Ü.Novruzov Amerikanın “America's Got Talent” istedadlar şousunda, NBC telekanalının “The Champions” şousunda, “Rossiya-1” telekanalının “Qeyri-adi insanlar liqası” telelayihəsində iştirak edib. Bir neçə il əvvəl Ü.Novruzovun adı “Ginnesin rekordlar kitabı”na salınıb. O, Çində altı metr hündürlüyündə dayaqsız nərdivanda səkkiz dəqiqə müvazinətini saxlayaraq yeni rekord müəyyən edib.

Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO

Oxşar xəbərlər