"Azərbaycan bizim strateji tərəfdaşımızdır" - Valentina Matviyenko

“Azərbaycan Milli Məclisinin Sədri vəzifəsinə bu yaxınlarda təyin ediləndən sonra ilk rəsmi səfərlərinizdən birini Rusiyaya həyata keçirdiyinizi çox yüksək qiymətləndiririk. Bu, çox gözəl işarədir, Azərbaycan Milli Məclisi ilə Rusiya parlamenti arasında mövcud olan çox sıx münasibətləri davam etdirmək niyyətidir. Bu, hörmət əlamətidir”.
Report xəbər verir ki, bu fikirləri Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

“Azərbaycan bizim strateji tərəfdaşımızdır. Şübhəsiz ki, parlamentlərarası əməkdaşlıq da dövlətlərin münasibətlərində çox mühüm yerə malikdir. Çoxdandır gözlədiyimiz bu səfər parlamentlərin dialoqu çərçivəsində ikitərəfli gündəliyi uyğunlaşdırmaq, bizi narahat edən beynəlxalq məsələləri müzakirə etmək, fikirlərimizi, planlarımızı bölüşmək, parlamentlərarası əməkdaşlığımızın gələcəyinə dair söz açmaq üçün gözəl fürsət yaradıb”, - deyən V.Matviyenko həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladıb: “Biz birlikdə Rusiya-Azərbaycan Regionlararası Forumu açdıq. Mənim dərin hörmət və ehtiramımı Mehriban Əliyevaya çatdırmağınızı xahiş edirəm”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Rusiyaya rəsmi səfərə gedib. Bu, S.Qafarovanın həmin vəzifədə Rusiyaya ilk rəsmi səfəridir

Oxşar xəbərlər