SON DƏQİQƏ: Milli Məclisə yeni sədr seçildi

SON DƏQİQƏ: Milli Məclisə yeni sədr seçildi Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

İclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə oldu və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib. (publika.az)

Oxşar xəbərlər