Namil Cəbiyev: Son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır

Namil Cəbiyev: Son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır İsmayıllı rayon qeydiyyat şöbəsinin rəisi Namil Cəbiyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Namil Cəbiyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İsmayıllı rayon qeydiyyat şöbəsinin rəisi Namil Cəbiyevdir.

Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni reallaşdıran Ədliyyə Nazirliyi üzərinə düşən bir sıra vəzifələrlə bərabər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını da uğurla reallaşdırır.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilmiş, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılaraq 75 il ərzində toplanmış 15 milyondan çox akt qeydi nəhəng iş sayəsində elektron formata keçirilərək bu sistemə daxil edilmişdir.
Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalmış, qeydə alınmış doğumların sayı isə 45 faiz artmışdır.
Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.


İsmayıllı rayon qeydiyyat şöbəsinin rəisi Namil Cəbiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Namil Cəbiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Namil Cəbiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Namil Cəbiyevdən danışdılar yaxşı ki, Namil Cəbiyev İsmayıllı rayon qeydiyyat şöbəsinin rəisidir…Namil Cəbiyev öz isguzarlığı ilə tanınır və seçilir….

Namil Cəbiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Namil Cəbiyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Namil Cəbiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Namil Cəbiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Namil Cəbiyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Namil Cəbiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Namil Cəbiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Abbas Aranlı

Oxşar xəbərlər