Karantin cəriməsini ödəməyən vətəndaşların — NƏZƏRİNƏ!

Karantin cəriməsini ödəməyən vətəndaşların — NƏZƏRİNƏ! Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər.

"Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər".Bunu ''xəzər xəbər''əmüsahibəsində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev, son günlər sosial şəbəkələrdə xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində tətbiq edilən cərimələrin silənəcəyi ilə bağlı fikirlərə münasibət bildirirərkən deyib.
Kamran Əliyevin sözlərinə görə, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni ''tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir. Kamran Əliyev bildirdi ki, heç kəs məsuliyyətdən azad oluna bilməyəcək.

Qurum rəsmisi onu da qeyd etdi ki, əgər həmin şəxslər 3 ay müddətində də cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.

Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər.


Oxşar xəbərlər