
"Qafqazinfo" Çin mətbuatına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Çin höküməti ABŞ-ın Çendu şəhərindəki Baş Konsulluğunun binasını nəzarət altına götürüb. Pekinin qərarı ABŞ-ın Hyuston şəhərindəki Çin Baş Konsulluğunun bağlanmasına cavab olaraq qəbul edilib.
Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ-ın Çendudakı konsulluğu yerli vaxtla 10:00-da bağlanıb və bundan sonra Çin rəsmiləri əsas girişdən binaya daxil olublar.
Xatırladaq ki, daha əvvəl ABŞ öz ölkəninin zehni mülkiyyətinin və vətəndaşlarının şəxsi məlumatlarının qorunması məqsədilə Texas ştatının Hyustonda şəhərində yerləşən ÇXR Baş Konsulluğunu bağlanmasını əmr etmişdi. Rəsmi Pekin bu qərarla əlaqədar Vaşinqtonu beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas prinsiplərini pozmaqda ittiham etmişdi.