Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir

Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir Rayonda qanvermə aksiyası keçirildi

Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir


Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Göyçay Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Respublika Qan Bankının Mingəçevir Regional Bölməsi tərəfindən könüllü qanvermə aksiyası təşkil edildi.
03 iyun 2020-ci il tarixdə karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Göyçay Gənclər Mərkəzində təşkil olunmuş qan vermə aksiyasına rayon ictimaiyyəti və gənclər qoşulmuşdur.

Videokonfrans vasitəsi ilə vətəndaşların növbəti onlayn qəbulu keçirildi

Göyçay Rayonu inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti videokonfrans keçirildi.
Videokonfrans zamanı rayonun ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələr qeyd edilərək bildirildi ki, baramaçılığın inkişafı, kümçülərə lazımi köməkliyin göstərilməsi və qurdların bəslənməsi üçün ciddi tədbirlər görülməlidir. Xəstələnmiş qurdlar barəsində təcili olaraq Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumat verilməli, profilaktik və digər xilasedici tədbirlər həyata keçirilməlidir. Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Çin Xalq Respublikasından gətirilərək kümçülərə paylanılmış tut tinglərinin vaxtında suvarılmasına və aqrotexniki qulluğuna ciddi nəzarəti təşkil etmək lazımdır.
Videokonfrans zamanı rayon İcra Hakimiyyətinə və şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Rayon icra hakimiyyətinin başçısı Şəhadət, Ərəbcəbirli, Potu, Çərəkə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazisində barama saxlanılması vəziyyəti ilə tanış olub

Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir


Ölkə başçısı İlham Əliyev cənablarının regionlarda aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Göyçay rayonunda baramaçılığın inkişafına xüsusi diqqət göstərilir.
Rayonda barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə rayon icra hakimiyyəti başçısının rəhbərlik etdiyi işçi qrup Şəhadət, Ərəbcəbirli, Potu, Çərəkə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazisində barama saxlanılması vəziyyəti ilə tanış olub və kumdarlarla görüş keçirib.
Yerlərdə keçirilən görüşlər zamanı rayon icra hakimiyyətinin başçısı cənab M.Səlimzadə ölkəmizdə baramaçılığın inkişafı istiqamətində görülən işlərdən söz açıb.
Daha sonra barama saxlanılması üçün yaradılan şəraitlə tanış olub və onların yem bazası ilə təminatının vəziyyəti ilə maraqlanıb.
Yekunda rayon rəhbəri tərəfindən barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyyə və tapşırıq verildi.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Göyçay tutur. Qeyd edək ki, Göyçay son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mehdi Səlimzadənin gərgin əməyinin nəticəsidir. Belə ki, Mehdi Səlimzadə Göyçaya rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Göyçayda görüləcək işlər çoxdur. Həm də göyçaylılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mehdi Səlimzadə əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb.

Umumiyyətlə cənab Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mehdi müəllim cənab Prezidentin sozləri ile desek ozunu Göyçay rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Göyçay rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

Oxşar xəbərlər