Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var Bakı-Şamaxı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb.

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

Oxşar xəbərlər