ARB-nin efirində söyüş söyən Afaq Bəşirqızı imiş… – VİDEO

ARB-nin efirində söyüş söyən Afaq Bəşirqızı imiş… – VİDEO Bu gün ARB TV Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb.

Kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Televiziya 16:00-da fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində “Elgizlə izlə” proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.

Belə ki, canlı yayım zamanı Xalq artisti Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.

Yenilik.az həmin anın videosunu təqdim edir:


ARB-nin efirində söyüş söyən Afaq Bəşirqızı imiş… – VİDEO

Oxşar xəbərlər