Kənd təsərrüfatı sahəsində çalışanlara — ŞAD XƏBƏR

Kənd təsərrüfatı sahəsində çalışanlara — ŞAD XƏBƏR Kənd təsərrüfatı sahəsində çalışan işçilərə gündəlik nağd ödəniş edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
Bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Məsələ Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında müzakirə edilərək qəbul edilib və baxılması üçün pelnar iclasa tövsiyyə edilib.

“Nağdsız hesablaşmalar haqqında” qanuna nəzərdə tutulan dəyişiklik barədə deputatlara məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk olaraq qanuna edilən dəyişikliyin əhəmiyyətini qeyd edib. Bildirib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır.

Müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verən komitə sədri vurğulayıb ki, qanuna təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söyləyiblər.
Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Oxşar xəbərlər