
"vetenxeber.com" xəbər verir ki, söhbət "Mərcan” toyuqlarının istehsalı ilə məşğul olan şirkətdən gedir. Həmin toyuqları alaraq doğrayan alıcı onun içərisində böyük bir buz parçasının olduğunu görüb. Alıcı toyuğun çəkisini artırmaq məqsədilə içinə su vurulduğunu iddia edir.
Xatırladaq ki, bundan öncə də sosial şəbəkələrdə dəfələrlə broyler toyuqlarının iynə ilə su vurulub şişirdildiyi göstərilən videolar paylaşılıb.
Mövzu ilə bağlı şirkətin mövqeyini də dərc etməyə hazırıq.

