Kanadanın baş nazirinin xanımında koronavirus aşkarlandı

Kanadanın baş nazirinin xanımında koronavirus aşkarlandı Kanadanın baş naziri Castin Tryudonun xanımı koronavirusa yoluxub.

TASS xəbər verir ki, bu barədə Kanadanın hökumət başçısının mətbuat katibi Kemeron Əhmədin xəbərində deyilir.

"Sofi Qrequar-Tryudo həkimlərin tövsiyələrindən sonra COVID-19 testindən keçdi. Nəticələr müsbət oldu", - o deyib. Əhmədin sözlərinə görə, baş nazirin həyat yoldaşı ətrafdan təcrid ediləcək.

Qeyd edilir ki, baş nazir Tryudo özünü yaxşı hiss edir və onda koronavirus əlaməti yoxdur. Amma onun xanımı 14 gün ərzində ev karantinində olacaq.

Oxşar xəbərlər