“El-klasiko”da "Real Madrid" qalib gəldi

“El-klasiko”da İspaniya La Liqasının 26-cı turunda “El-klasiko” baş tutub.
Madriddə kemirilmiş görüşdə “Real” “Barselona”nı qəbul edib.

İki komanda arasında əzəli rəqabətdən əlavə turnir cədvəli baxımından da olduqca vacib əhəmiyyət daşıyan görüşün qalibi meydan sahibləri olub.

Bu matça qədər 53 xalı olan və 55 xallı “Barselona”dan sonra ikinci pillədə qərarlaşan “Kral klubu” iki qollu qələbə ilə xalını 56-ya yüksəldib və liderlik mövqeyini ələ keçirib.

Oyunda hesabı Vinisius Junior açıb. O, 71-ci dəqiqədə Toni Kroosun ötürməsini məntiqi sonluğa çatdırıb.

Qarşılaşmaya əlavə olunmuş 2-ci dəqiqədə isə Mariano Diaz nəticəni elan edib. Bir dəqiqə əvvəl oyuna daxil olan və Dani Karvaxalın ötürməsindən sonra fərqlənən 26 yaşlı futbolçu hesabı 2:0-a çatdırıb.

Oxşar xəbərlər