
Günün gözlənilməz nəticəsi İspaniya paytaxtında qeydə alınıb. Bu, son üç mövsümdə yarışın qalibi olan “Real” Hollandiya “Ayaks”ı ilə görüşünə təsadüf edib.
Səfərdə 2:1 hesabı ilə qalib gələn madridlilər evdə gözlənilməz məğlubiyyətlə üzləşib. Oyunun əvvəlində iki top vuran amsterdamlılar rəqib meydanında böyükhesablı qələbə qazanıblar – 4:1. Bu məğlubiyyətlə “Kral klubu” mübarizəni 1/8 finalda dayandırıbsa, hollandiyalılar növbəti mərhələyə yüksəliblər.
Dortmundda isə Almaniya “Borussiya”sı İngiltərə “Tottenhem”ini qəbul edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn London təmsilçisi səfərdə də qələbə qazanıb.
“Tottenhem”in Dortmunddakı yeganə qoluna Hari Keyn imza atıb. Hər iki görüşdə əldə edilən qələbələr londonluları 1/4 finala daşıyıb.
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 6-da keçiriləcək iki görüşlə davam edəcək. PSJ (Fransa) “Mançester Yunayted”i (İngiltərə), “Portu” (Portuqaliya) “Roma”nı (İtaliya) qəbul edəcək.
Çempionlar Liqası
1/8 final
Cavab oyunlar
5 mart
“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) – 1:4
Qollar: Asensio, 70 – Ziyeh, 7, Neres, 18, Tadiç, 62, Şene, 72
Baş hakim: Feliks Brix (Almaniya)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:1
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) – 0:1
Qol: Keyn, 49
Baş hakim: Danni Makkeli (Hollandiya)
Dortmund. “Siqnal İduna Park” stadionu
İlk oyun – 0:3