DİN-dən koronavirusla bağlı şaiyə yayan həkimlə bağlı AÇIQLAMA

DİN-dən koronavirusla bağlı şaiyə yayan həkimlə bağlı AÇIQLAMA Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə koronovirusla bağlı səs yayan şəxslə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, vatsap şəbəkəsində səsi yayılan şəxsin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Nazirlik rəsmisi cəmiyyətdə koronavirusla bağlı həqiqətə uyğun olmayan şəxslərə qarşı tədbirlərin görüldüyünü də əlavə edib.

Qeyd edək ki, son günlərdə dünya ölkələrində, eləcə də qonşu İranda koronavirusa yoluxanların sayı xeyli artıb. (publika.az)

Oxşar xəbərlər