Bakıda zəncirvari qəza — Xəsarət alan var

Bakıda zəncirvari qəza — Xəsarət alan var Bakının Suraxanı rayonunda zəncirvarı yol-nəqliyyat baş verib.
Report xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 208 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Cəfərova Sevinc İldırım qızı xəsarət alıb. Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər