Bakıda avtomobillər bir-birinə girdi – DƏHŞƏTLİ QƏZA

Bakıda avtomobillər bir-birinə girdi – DƏHŞƏTLİ QƏZA Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.

Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. /report/

Oxşar xəbərlər