“Mercedes”in vurduğu 50 yaşlı kişi ağır vəziyyətdədir

“Mercedes”in vurduğu 50 yaşlı kişi ağır vəziyyətdədir Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.az xəbər verir ki, hadisə Ramana sovxozunda qeydə alınıb.

99-EJ-378 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçmək istəyən təxminən, 45-50 yaşlı naməlum kişini vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər