Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır – SİYAHI

Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır – SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Səfər Mehdiyevin də general-polkovniklər siyahısına daxil olması nəticəsində Azərbaycanda bu rütbəni daşıyanların sayı 15 nəfərə çatdı.

Modern.az hazırda bu rütbəni daşıyan şəxslərin siyahısını təqdim edirik:



Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004)
Səfər Əbiyev – Azərbaycan Respublikasının eks-müdafiə naziri
Nəcməddin Sadıkov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
Ramil Usubov – Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi
Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri
Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
Zakir Həsənov – Azərbaycanın Müdafiə naziri
Mədət Quliyev – Azərbaycanın Müdafiə Sənayesi naziri
Vilayət Eyvazov – Azərbaycanın Daxili İşlər naziri
Məhərrəm Əliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri

Oxşar xəbərlər