
“Sputnik Türkiyə” bildirir ki, bunu UDOFED ( Beynəlxalq Dönər Federasiyası) sədri Mehmet Mercan açıqlayıb.
O, toyuq dönərindən zəhərlənmələrin səbəbini də izah edib:
“Şişə keçirilmiş dönərin 12 saat ərzində, yəni səhər saat 12-dən gecə 12-dək davamlı olaraq bişirilməsi toyuğun bakteriya yuvasına dönməsinə və zəhərlənmələrin sayının artmasına səbəb olur. Toyuqların kəsildikdən sonra dönərxanalarda saxlanma müddət yalnız 4-5 gündür. Türkiyədə qida təhlükəsizliyi ilə bağlı yeni qanunlar qüvəyə mindikdən sonra dönər sahəsində də ciddi dəyişikliklər olacaq. Belə ki, şişə keçirilmiş dönərin hər 6 saatdan bir dəyişdirilməsi tələb olunacaq”. (yenisabah.az)