İranda ağır yol qəzası - 20 ölü, 24 yaralı

İranda ağır yol qəzası - 20 ölü, 24 yaralı İranda ağır yol- nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun “Press TV”yə istinadən verdiyi xəbərə görə, Mazandaran əyalətində Tehran-Kunbed istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə, 20 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Oxşar xəbərlər