Həbs edilən icra başçısının hakim oğlu haqda qərar: İşlər geri alındı

Həbs edilən icra başçısının hakim oğlu haqda qərar: İşlər geri alındı Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevin də vəziyyəti ürəkaçan deyil.

Turkustan.info xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsindən gununsesi.org-a bildirilib. Xəbər görə, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb.

Məlumatda bildirilir ki, Ramin Quliyevin işlərini də məhkəmənin digər hakimləri arasında bölüşdürüblər.

Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb. /Yeniavaz.com/

Oxşar xəbərlər