Qarabağla bağlı anlaşma var: Erməni ekspertdən sensasiya

Qarabağla bağlı anlaşma var: Erməni ekspertdən sensasiya Ermənistanın hərbi araşdırmalar mərkəzinin elmi-araşdırma departamentinin rəhbəri, hərbi ekspert Leonid Nersisyan “İcmal” verilişinin efirində sensasiyalı iddia ilə çıxış edib.

Erməni hərbi ekspert hakimiyyətdəki etibarlı mənbələrə istinadla Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığa gəldiklərini iddia edib.

“Bir sıra məsələlər üzrə tərəflər ümumi razılığa gəliblər. Ancaq mən detalları açıqlaya bilmərəm”, – deyə Nersisyan qeyd edib.

Bununla yanaşı, ekspert verilişin aparıcısının nəyə görə Rusiyanın Prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfər etmədiyi sualına cavab tapa bilməyib. Nersisyan fikrini ümumi sözlərlə ifadə edib:

“Ermənistanla Rusiya arasında əlaqənin kifayət qədər intensiv olduğunu anlamaq lazımdır. Liderlər müxtəlif məsələlər üzrə, o cümlədən ən yüksək səviyyədə görüşlər keçirirlər”. /AzNews.az/

Oxşar xəbərlər