Sağ-sol edib ötməyin sonu belə bitir — Bakıda dəhşətli qəzanın REAL VİDEOsu

Sağ-sol edib ötməyin sonu belə bitir — Bakıda dəhşətli qəzanın REAL VİDEOsu Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə günün qaranlıq vaxtında baş verib. Normal hərəkət zamanı avtomobillərdən biri zolaqlar üzrə hərəkət qaydasını pozur. Nəticədə digər avtomobilin yoluna çıxaraq ona yandan toxunur. Sürücü idarəetməni itirir və avtomobil sürüşərək təhlükəsizlik adacığına, orda da körpünün başlanğıcına dəyir.

Hadisə nəticəsində sürücü xəsarət alır. 

Bəzən zolaqlar üzrə hərəkət qaydalarını pozan sürücülər bunu kobud qayda pozuntusu hesab etmir. Amma nəticələri belə ağır da olur.

Videonu təqdim edirik:


Oxşar xəbərlər