Milli Məclisin deputatı əməliyyat olundu

Milli Məclisin deputatı əməliyyat olundu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Report xəbər verir ki, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.

Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

“Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi”, - klinikadan bildirilib.

Oxşar xəbərlər