Prezident Bibiheybətdəki sürüşmə ilə bağlı tapşırıq verdi

Prezident Bibiheybətdəki sürüşmə ilə bağlı tapşırıq verdi Prezident İlham Əliyevin tapşırıqı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib:
“Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.

Oxşar xəbərlər