
“Сhampionat.com” xəbər verir ki, argentinalı mütəxəssis komandanın Premyer Liqadakı uğursuz nəticələrinə görə istefaya göndərilib.
London təmsilçisi 12 turdan sonra 14 xalla 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Maurisio Poçettino “Tottenhem”ə 2014/2015 mövsümündə baş məşqçi təyin olunub. O, ötən mövsüm komandanı Çempionlar Liqasının finalına yüksəldib. 2018-ci ilin mayında onunla yeni müqavilə bağlanılıb.
Daha əvvəl mütəxəssis “Espanyol” və “Sauthempton” klublarını çalışdırıb.