“Arsenal” 22 oyundan sonra uduzdu — VİDEO

“Arsenal” 22 oyundan sonra uduzdu — VİDEO İngiltərə Premyer Liqasında 17-ci turun oyunları davam edir.
“Arsenal” səfərdə “Sauthempton”un qonağı olub. Gərgin keçən matç ev sahiblərinin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sauthempton” 3-2 “Arsenal”

Qollar: Henrix Mxitaryan (28 və 53); Dani İnqs (20, 44), Çarli Austin (85)
Bununla da “Arsenal”ın 22 oyunluq məğlubedilməzlik seriyasına son qoyulub.

Qeyd edək ki, “Çelsi” hazırda 37 xalla 4-cü, 3 xal az toplayan “Arsenal” isə 5-cidir. Turnir cədvəlinə 44 xalla “Mançester Siti” başçılıq edir. Liderdən 1 oyun az keçirən “Liverpul”un 42 xalı var və 2-ci sırada qərarlaşıb. İlk üçlüyü 39 xalla “Tottenhem” tamamlayır.

Oxşar xəbərlər