Fədayə Laçın danışdı — Bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub - VİDEO

Fədayə Laçın danışdı — Bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub - VİDEO Müğənni Fədayə Laçın həbsdə olarkən ona ən böyük dəstəyi Manaf Ağayevdən gördüyünü bildirib.
O, bu barədə özü açıqlama verib.

“Baxın bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub. Həbs xəbərimi eşidən kimi bizə ilk gələn Manaf olub. Həmin gündən mən azadlığa çıxana qədər, hər zaman ailəmin yanında olub, onlara dəstək olub. Bu insan dar günün dostudur ”.

F.Laçın neçə illər sənətdə olduqlarına baxmayaraq, heç vaxt Manafla yaxın dost olmadıqlarını da bildirib.

“Heç vaxt Manafdan bu qədər isti münasibəti gözləmirdim. Biz heç vaxt yaxın dost olmamışıq. Toydan-toya görüşürdük”,- deyə xanım müğənni bildirib.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci il oktyabrın 30-da həbs edilib. O, 2019-cu il 29 oktyabrda azadlığa çıxıb.




Oxşar xəbərlər