Yevlaxın yeni icra başçısı kollektivə təqdim olundu

Yevlaxın yeni icra başçısı kollektivə təqdim olundu Yevlax Şəhər İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev kollektivə təqdim olunub.
İcra başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Anar Aqil oğlu Tağıyev təyin edilib.

A.Tağıyev bu təyinatadək Nəsimi rayon icra hakimiyyəti başçısının müavini olub.

Oxşar xəbərlər