
Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan ilə ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.
