Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır

Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır Yaxın Şərqdən qaçan İŞİD terrorçuları şimala doğru hərəkət edə bilərlər.

Rusiyanın 1 kanalının efirində danışan Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, terrorçuların hər birisi üçün müvafiq yer hazırdır.

“Çeçenistan Respublikası regionda təhlükəsizliyi qorumağa hazırdır. Bizim hazırlıqlı xüsusi təyinatlılarımız var. Biz artıq 90-cı illərdə olduğumuz kimi deyilik. Məmnuniyyətlə onları qaşılayacağıq. Ancaq yerləri teatrda yoxsa qəbiristanlığda olacaq hələ bilinmir”, – deyə R.Kadırov qeyd edib.

Çeçenistan rəhbərinin sözlərinə görə, “İblis dövlətindən” olan terrorçulara islamçı qruplaşma kimi yox, qərb xüsusi xidmət orqanlarının muzdluları kimi yanaşmaq lazımdır.

Oxşar xəbərlər