Ermənistan polisinin eks-rəisi villasında ölü halda tapıldı

Ermənistan polisinin eks-rəisi villasında ölü halda tapıldı Ermənistan polisinin keçmiş rəisi Ayk Arutyunyan villasında başından güllə yarası almış vəziyyətdə tapılıb.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, Arutyunyanın malikanəsində meyitinin aşkar olunması barədə məlumat polisə 23 sentyabr saat 23:50 radələrində daxil olub.

İlkin ehtimala görə, eks-rəis intihar edib.

Hadisə yerinə baxış keçirilərkən odlu silah və patron qutusu aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd olunur ki, A. Arutyunyan 1999-2003-cü illərdə Daxili işlər naziri, 2003-2008-ci illərdə polis rəisi olub. 2010-2014-cü illərdə isə Ədliyyə Nazirliyinin cinayət icra şöbəsinə rəhbərlik edib.

O, 1 mart 2008-ci il hadisələri ilə bağlı sənədlərin saxtalaşdırılması faktı üzrə işin də şahidi olub.

Oxşar xəbərlər