
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Peninsula otelində gerçəkləşən görüş mediaya qapalı olub. Qəbulda Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Qraham daha sonra jurnalsitlərə açıqlamasında ərdoğanla görüşü dəyərləndirərək bunları deyib:
“Görüşümüz çox yaxşı keçdi. Türkiyənin Suriyanın birliyi üçün İŞİD-ə qarşı mübarizəsi vazkeçilməzdir. Ən önəmlisi isə, Türkiyə İdlibdə yaşayan 4 milyon insanın qətliamının qarşısını alır. Türkiyə ilə daha strateji əlaqə qurulmasında ümidliyəm. Onun F-35 proqramına qayıtması və bəlkə azad ticarət müqaviləsi bağlanması çox əhəmiyyətlidir. Türkiyə təkcə Suriya üçün yox, bütün bölgə üçün mühüm müttəfiqdir”.

