Azyaşlı beşmərtəbəli binadan yıxıldı — Azərbaycanda faciə

Azyaşlı beşmərtəbəli binadan yıxıldı — Azərbaycanda faciə Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.
Apa xəbər verir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.

Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.
Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər