Azərbaycanda ağır qəza: Azyaşlı uşaq öldü – Fotolar

Azərbaycanda ağır qəza: Azyaşlı uşaq öldü – Fotolar Şamaxıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” məlumatına görə, Şamaxı-Pirqulu yolunun Qızmeydan kəndi ərazisindən keçən hissəsində “Vaz 2107” markalı avtomobil dərəyə aşıb. Nəticədə bir neçə dəfə yuvarlanan maşındakı 3 yaşlı oğlan uşağı dünyasını dəyişib

İlkin məlumatlara görə, “VAZ 2107”nin sürücüsü Şamaxının Kürdəmiç kənd sakini hazırda Bakıda yaşayan Atəş Quliyev olub. Qəza nəticəsində dünyasını dəyişən 3 yaşlı uşaq sürücünün övladı Quliyev Əmrah Atəş oğludur.

Avtomobildə olan digər azyaşlı sərnişinlər, 2015-ci il təvəllüdlü Quliyev Uğur Atəş oğlu Hüseynli Turan xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər