“Sədərək”dəki yanğınla bağlı müraciət edənlər evə buraxılıblar

“Sədərək”dəki yanğınla bağlı müraciət edənlər evə buraxılıblar “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 6-na yerində yardım edilib, 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

Qeyd olunub ki, 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır: “Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda bu hadisə ilə bağlı xəstəxanada xəstə yoxdur”.

Oxşar xəbərlər