Heydər Əliyev Fondu Kemerovo faciəsi qurbanlarına yardım göndərdi

Heydər Əliyev Fondu Kemerovo faciəsi qurbanlarına yardım göndərdi Heydər Əliyev Fondu Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkən şəxslərin ailələrinə yardım göndərib.
Fondun təşəbbüsü ilə toplanan 1.8 ton humanitar yardım Kemerovo şəhərinə yola salınıb.

Xəbəri Kemerovo vilayətinin administrasiyası yayıb. Məlumata əsasən, göndərilən yardım əsasən qida məhsullarından ibarətdir.
Qeyd edək ki, “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onların arasında məktəblilər də var.

Oxşar xəbərlər