“Günay, Nigar və Damla qarşımda dura bilməz” – Şəbnəm Tovuzlu

“Günay, Nigar və Damla qarşımda dura bilməz” – Şəbnəm Tovuzlu “Günay özü trend üçün ölür. Onu trendə qəbul edən var ki? O trenddə olsa, elə sevinər ki… Trend saxtalıq deyil. Kimsə bunu edirsə, özü özünü aldadır”.

Bu sözləri “Lent.Az”ın canlı yayımında ifaçı Şəbnəm Tovuzlu həmkarı Günay İbrahimlinin “Trenddə olmaqdansa, sənəti ataram” sözlərinə qarşılıq olaraq deyib.

O, daha sonra müğənnilər Damla, Nigar Camal və Günay İbrahimlinin ona nisbətdə canlı oxuya bilmədiklərini söyləyib:

“Canlı ifada nə Damla, nə də Günay qarşımda dura bilməz. Damla da, Günay da, Nigar da bilir ki, onların səs tembri mənimki kimi deyil. Mən xanəndəlik bitirmişəm. Muğam oxuyub, istədiyim tonallıqda ifa edən biriyəm. Onlar mənimlə yan-yana durub, ifa edə bilməzlər. Damla xırıltılı həzin səsi ilə bu yerə gəldi. Sevildi, kütləsi var. Amma “lya”dan “Qarabağ şikəstəsi” oxuya bilməz. Həmçinin də Günay İbrahimli. Onun da öz sevənləri var. Günayla səmimi salam-sağ olumuz var idi, bundan sonra da öz salamımı verəcəm, alar sağ olsun, almasa da özü bilər”.

Oxşar xəbərlər