“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - Foto

“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - Foto Bakı sakini “Araz” supermarketdə satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçidir.

“Qafqazinfo”ya daxil olan şikayətdə bildirilir ki, sakin Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul barəsindəki etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib.

“Məhsul üzərinə istehsal və son istifadə tarixini yalnız istehsalçı şirkət vura bilər. Marketin etdiyi bu hərəkət isə qanunsuzluqdur”- deyə şikayətçi əlavə edib.


“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - Foto
“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - Foto

Oxşar xəbərlər