Bakıda 2 sürücü yol üstündə dava etdi, 1 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda 2 sürücü yol üstündə dava etdi, 1 nəfər xəstəxanaya yerləşdirildi Bakıda küçədə sürücülər arasında dava olub.

Trend bildirir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində “Bizim market”in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər