
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Pahon deyib.
“Gürcüstan, Ukrayna və Suriyadakı Rusiya aqressiyası Türkiyənin təhlükəsizliyini zəiflədib. Biz səmimiyyətlə ümid edirik ki, Türkiyə S-400-lərdən imtina edəcək, hava məkanının təhlükəsizliyini NATO texnikasına uyğun sistemlərlə təmin edəcək və F-35 proqramına qoyduğu investisiyaları saxlayacaq. Biz 70 il ərzində yaxşı və çətin məqamlarda Türkiyə ilə müttəfiqimiz kimi çalışmışıq və bu münasibətləri qoruyub saxlamaqda qərarlıyıq”, - Pahon bildirib.