Dünya KİV-in nümayəndələri cəbhəyanı əraziyə səfər edib

Dünya KİV-in nümayəndələri cəbhəyanı əraziyə səfər edib Səfəri Azərabycan XİN təşkil edib

30-a yaxın dünya KİV-nin nümayəndələri bu gün son günlər ərzində intensiv hərbi əməliyyatların keçrildiyi erməni-Azərbaycan cəbhə xəttində vəziyyətlə tanış olacaqlar.

Jurnalistlər cəbhənin Füzuli-Xocavənd, Ağdam, eləcə də Tərtər-Ağdərə istiqamətinə səfər edəcəklər.

Səfərin məqsədi dünya ictimaiyyətinə həqiqi vəziyyət barədə məlumatın çatdırılmasıdır. Bundan başqa, Ermənistan SQ-nin artilleriya atəşi nəticəsində cəbhəyanı ərazidə yaşayan azərbaycanlı əhaliyə dəyən ziyanı nümayiş etdirməkdir.

Xarici jurnalistlərin cəbhəyanı əraziyə səfərini Azərbaycan Xarici İşlər Nazirliyi təşkil edib.

Jurnalistlərin sırasında Rusiyanın “ORT” telekanalının, “Komsomolskaya pravda” qəzetinin, “İnterfaks-Azərbaycan” agentliyinin, Moskvanın “Al Jazeera” nümayəndəliyinin, “IRIPTV” İran dövlət telekanalının, CCTV Çin telekanalının, “Reuters”, “France-Presse”, “Associated Press” və s. informasiya agentliklərinin nümayəndələri var.

Oxşar xəbərlər