Rusiyada sərnişin təyyarəsində qəza: 2 ölü, 22 yaralı - FOTO - VİDEO

Rusiyada sərnişin təyyarəsində qəza: 2 ölü, 22 yaralı - FOTO - VİDEO Rusiyada An-24 sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 22 nəfər xəsarət alıb. Onlardan 15-ə ambulator tibbi yardım göstərilib, daha 7 nəfər xəstəxanaya yerləşdirilib.

Qəza enişi zamanı 2 pilot həlak olub.

***

Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.

İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.


Oxşar xəbərlər