Əkrəm İmamoğlu qalib gəldi – Politoloqun şərhi

Əkrəm İmamoğlu qalib gəldi – Politoloqun şərhi İstanbul Böyükşəhər Bələdiyyə seçkisinin 2-ci turunda qalib bəlli olub.

Rəsmi açıqlamaları gözləmədən AK Parti namizədi Binali Yıldırım Əkrəm İmamoğlunu təbrik edib. Bu da o deməkdir ki, hakim partiya məğlubiyyətlə barışıb və Əkrəm İmamoğlunun qələbəsini etiraf edib.

Azərbaycanın tanınmış siyasi eksperti Şahin Cəfərli seçkilərə dair bunları deyib:

“Binəli Yıldırım az öncə rəqibini qələbə münasibətilə təbrik etdi. Rəcəb Tayyib Ərdoğan karyerasının ən ağır məğlubiyyəti ilə üzləşdi. İstanbulda 2 dəfə arxa-arxaya uduzmaq tarixi olaydır və bunun iqtidar üçün və ölkə siyasəti üçün siyasi nəticələri qaçılmazdır;

– Ərdoğanın “Öcalan açılımı” tərs təpdi, kürdlər səsvermədə iştirak edib İmamoğlunu dəstəklədi, MHP-lilərin isə Yıldırıma dəstəyi xeyli azaldı;

– Dəmirtaşın kürdlər üzərində Öcalandan daha çox təsir gücünə malik olduğu ortaya çıxdı. Bu seçki son günlər həm də bir növ, Dəmirtaş-Öcalan referendumuna çevrilmişdi. Qalib məlumdur. Bu, HDP üçün PKK-nın təsirindən və basqısından xilas olub, ümummilli miqyaslı normal bir sol partiya kimi fəaliyyət göstərmək üçün yaxşı şansdır. İstifadə etsələr, həm özləri, həm də Türkiyə üçün yaxşı olar;

– İmamoğlu öz ittifaqının (CHP+İyi Parti) maksimum səsini toplamaqla bərabər, HDP, MHP və digər kəsimlərdən də ciddi səs alaraq ümummilli konsensusla İstanbul meri kreslosuna oturacaq. Bu, qütbləşmiş Türkiyə üçün tarixi əhəmiyyətli hadisədir;

– İstanbul seçkilərinin təsiri lokal miqyasda qalmayacaq və Türkiyədəki siyasi proseslərin gedişinə çox ciddi təsir göstərəcək. Aradakı səs fərqi siyasətdəki zəlzələnin də şiddətini müəyyən edəcək”.

Oxşar xəbərlər